İnstagramdakı "reklam cənnəti" bitir FOTO


Digərləri 24 Yan 2019 09:34:00 222 0

İnstagramdakı "reklam cənnəti" bitir  FOTO

Yüz minlərlə, milyonlarla daimi təqibçisi olan ulduzlar İnstagram-da reklam vasitəsilə böyük pullar qazanırlar. Özü də əksər hallarda onlar aşkar şəkildə reklam etdikləri məhsul və xidmətləri "mən bundan istifadə edirəm" adı ilə pərdələməyə çalışırlar.

Britaniyada şou-biznes mənsubları, siyasətçilər, sənətçilər və məşhur şəxslərin İnstagram-dakı profilləri bundan sonra ciddi nəzarətdə olacaq. Ölkədə reklam fəaliyyətini tənzimləyən dövlət qurumu olan Reklam Standartları Agentliyi (Advertising Standards Authority, ASA) bu gündən etibarən məşhurların İnstagram profillərinin monitorinqinə başlayır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, İnstagram-da insanlara yanlış məlumatlar verən və reklamla məşğul olaraq vergi ödəməyən məşhurlar məsuliyyətə cəlb olunacaqlar.