WhatsAppda yeni məhdudiyyət


Digərləri 24 Yan 2019 08:51:00 200 0

WhatsAppda yeni məhdudiyyət

"WhatsApp" messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb.

Son.az ICTnews-a istinadən bildirir ki, əvvəllər eyni məlumatı 20 dəfəyədək göndərmək mümkün idi. Məhdudiyyət yalan xəbərlərlə mübarizə üçün tətbiq olunub.

Bildirilir ki, bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra ölkədə sınaqdan keçirilib. Eksperimentin uğurlu olmasına görə "WhatsApp" rəhbərliyi onu digər ölkə istifadəçilərinə də şamil edib.