Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir


Dünya 24 Yan 2019 08:53:00 239 0

Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir

Türkiyənin Suriyada əsas məqsədi İŞİD terror qruplaşmasına və PKK ilə bağlılığı olan kürd "Xalq özünümüdafiə qüvvələri" dəstələri ilə mübarizə aparmaqdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə mətbuat konfransında bildirib.

T.Ərdoğan deyib: "Bizim əsas vəzifəmiz Suriyanı İŞİD-dən və "Xalq özünümüdafiə qüvvələri" təmizləməkdir, bu bizim borcumuzdur. Bu məlumatı mən Rusiya tərəfinə verdim. Biz terrorçuluğa qarşı mübarizədə əlaqələndirməni gücləndirəcəyik".