“Toyota” və “Panasonic” elektromobillər üçün akkumulyatorlar istehsal edəcək


Digərləri 24 Yan 2019 08:59:00 204 0

“Toyota” və “Panasonic” elektromobillər üçün akkumulyatorlar istehsal edəcək

Yaponiyanın "Toyota Motor" və "Panasonic" şirkətləri elektromobillər üçün akkumulyatorlar buraxacaq birgə müəssisə yaratmağı planlaşdırırlar.

Son.az ICTnews-a istinadən bildirir ki, müəssisənin yaradılması barədə ictimaiyyətə yaxın vaxtlarda məlumat veriləcəyi gözlənilir.

İlkin məlumatlara görə, "Toyota" müəssisənin səhmlərinin 51 faizinə, "Panasonic" şirkəti isə 49 faizinə sahib çıxacaq. Bununla yanaşı, "Panasonic" Yaponiya və Çində yerləşən beş yeni istehsalatı birgə müəssisəyə təhvil verəcək. ABŞ-da yerləşən və ölkənin "Tesla" avtomobil istehsalçısı ilə tərəfdaşlıqda fəaliyyət göstərən zavod hazırkı statusunu qoruyacaq.