Google 50 milyon avro cərimələnib


Digərləri 24 Yan 2019 08:31:00 226 0

Google 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) "Google" şirkətini ötən ilin mayında Avropa İttifaqında qüvvəyə minmiş fərdi məlumatların mühafizəsi qaydalarının (GDPR) tələblərini pozduğuna görə 50 milyon avro (təxminən 57 milyon dollar) cərimələyib.  

Son.az ICTnews-a istinadən bildirir ki, yeni qaydalara görə, şirkətlər istifadəçilərə onların fərdi məlumatlarının toplanması və istifadə olunması barədə məlumat verməli, eləcə də bu məlumatların toplanması üçün onların razılığını almalıdırlar.  

Məlumata görə, "Google" qaydaların pozulmasına görə cərimələnən ilk iri texnoloji şirkət olub, ona tətbiq edilən cərimə isə "GDPR" qüvvədə olduğu qısa müddət ərzində maksimum məbləğdir.