“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək


Digərləri 24 Yan 2019 08:35:00 252 0

“Ağıllı” alışqan siqaret çəkməyi atmağa kömək edəcək

Livanın elektronika istehsalçısı "Slighte" şirkəti siqaret çəkməyi atmağa kömək edən "ağıllı" alışqan təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, nikotindən asılı əksər insanlar zərərli vərdişdən əl çəkmək istəsə də, onlar arzuolunan nəticəyə müstəqil nail ola bilmirlər. Belə olan halda onlara müasir yardımçı vasitələr kömək edir. Onlardan biri məhz "ağıllı" alışqandır.

Bildirilir ki, "ağıllı" qurğu istifadə vaxtının analizini apardıqdan sonra riyazi hesablamalar edir və istifadəçi siqaret çəkmək istəyəndə qurğunun işə düşməsinə imkan verməyən alqoritm hazırlayır.