Bakıda yaşayış binasında yanğın olub


Digərləri 24 Yan 2019 07:55:00 197 0

Bakıda yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Binanın altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış doqquz ədəd elektrik sayğacı, üç ədəd elektrik açarı və 0.5 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.