Venesuelada çevriliş: ölən və yaralananlar var VİDEO FOTO


Dünya 24 Yan 2019 07:25:00 223 0

Venesuelada çevriliş: ölən və yaralananlar var  VİDEO  FOTO

Venesuelada prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb.

Daha dörd nəfər Barinas ştatında baş tutan mitinqdə ölüb. Aksiyalar zamanı 30-dək adam yaralanıb.

Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.


Xəbərə aid fotolar