Prezidentin Davos görüşləri xarici şirkətlərin iqtisadiyyatımıza marağını artırır


Siyasət 24 Yan 2019 07:00:00 289 0

Prezidentin Davos görüşləri xarici şirkətlərin iqtisadiyyatımıza marağını artırır

"Davosdakı Dünya İqtisadi Forumu Azərbaycan üçün artıq mühüm iqtisadi-siyasi əhəmiyyət daşıyır".

Bu barədə Son.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakını və keçirdiyi işgüzar görüşlərin nəticələrini dəyərləndirərkən bildirib.

Onun sözlərinə görə, dövlət başçısının builki Forumda iştirakı və Forum çərçivəsində keçirdiyi dünyanın iri şirkətləri və təşkilatlarının rəhbərləri ilə görüşləri məhsuldar olub: "Məlum olduğu kimi, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri olduqca məhsuldar keçir. Dövlətimizin başçısı yanvarın 21-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb. Görüşdə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib. Prezidenti İlham Əliyev Davosda "Rossiya 1" televiziya kanalına müsahibə verib.

Prezident İlham Əliyev: "Azərbaycanın təkcə başqa ölkələrə deyil, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var"  Dövlətimizin başçısı dünyada neftin qiymətinin vəziyyəti, beynəlxalq münasibətlər və digər məsələlərlə bağlı sualları cavablandırıb. Dövlət başçısı Çinin CGTN televiziya kanalına müsahibəsində Azərbaycanda enerji sektorunun, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, ölkəmizin həyata keçirdiyi qlobal enerji və infrastruktur layihələrinə, respublikamızın "Bir kəmər-bir yol" layihəsində iştirakına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan-Çin ikitərəfli münasibətlərinə və digər məsələlərə toxunubdur.

Bundan başqa Azərbaycan Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.

Prezident İlham Əliyev Davosda "Visa" şirkətinin prezidenti ilə də görüşüb. Görüşlərdə tərəflər arasında əməkdaşlıq istiqamətləri müzakirə olunubdur. Görüşlərdə Avropanın və dünya ölkələrinin qlobal enerji təhlükəsizliyinə müasir baxış, yanaşma ilə bağlı iqtisadi təhlillər, strateji qiymətləndirmələr də əsas yer verilibdir.

Azərbaycan Prezidentinin Davosda "CISCO" şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, "Suez Group" şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali, "VTB-Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, "Equinor" (keçmiş "Statoil") şirkətinin baş icraçı direktoru Eldar Saetre, "Lazard Freres" şirkətinin baş icraçı direktoru Metyu Piqas, "The Boston Consulting Group",  "Procter and Gamble Europe" şirkətinin prezidenti və digər nüfuzlu şirkətlərin və təşkilatların rəhbərləri ilə görüşləri də olduqca məhsuldar olubdur".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Davosda "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak ediblər - FOTO A.Hüseynov qeyd edib ki, Prezidentin hər görüşündən sonra Azərbaycana maraq daha da artır: "Prezidentin hər bir görüşündə Azərbaycanın böyük iqtisadi potensialı, həyata keçirilən islahatlar, dünyanın enerji təchizatındakı rolu xüsusi diqqətə çatdırılır. Dövlət başçısının dünyanın aparıcı şirkətləri və kooperasiyalarının rəhbər şəxslərinin və nümayəndələri ilə qlobal iqtisadi proseslər və maliyyə, enerji, ətraf mühit, makroiqtisadiyyatla bağlı müzakirələri də mühüm əhəmiyət kəsb edir. Həmin görüşlərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyalarla bağlı qəbul edilən mühüm qərarlar ölkəmizə marağın artmasına səbəb olur, xarici şirkətlərin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə yatırmaq maraqlarının artmasına zəmin yaradır".

Azərbaycanın uğurları dünya səviyyəsində qiymətləndirildi - Yürüdülən siyasət bəhrələrini verir  Millət vəkili hesab edir ki, Davos Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir: "Bu təşkilatın ən mötəbər hesabatı dünya ölkələri üçün mühüm əhəmiyyətə malikdir. Dünya İqtisadi Forumunun hər il açıqlanan hesabatında mühüm iqtisadi, sosial göstərcilər təhlil olunur. Bu təşkilatın rəhbərliyi ilə hazırlanan hesabat iqtisadi və siyasi islahatlara verilən qiymət baxımından mühüm əhəmiyyət kəsb edir. Dünya İqtisadi Forumunun 2018-ci il üzrə "Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı"nda  ("The Global Competiviness Report 2018") Azərbaycan dünyanın 140 ölkəsi arasında 69-cu yerdə qərarlaşıb.

Azərbaycan Dünya İqtisadi Forumunun digər hesabatı olan "İnklüziv İnkişaf İndeksi 2018"də ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşıb. İnklüziv inkişaf hesabatında Azərbaycan Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyub. İnklüzivlik, yəni bərabərlik hesabatı Azərbaycan üçün bir neçə istiqamətdən inkişafın təmin edilməsinin mühüm göstəricisi sayıla bilər. 

Bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəmizdə əlverişli biznes mühitinin təmin edilməsinin göstəricisi olmaqla beynəlxaıq biznes ictimaiyyətinin marağını da yüksəldir".

İlkin İzzət Son.az