Dünyanın ən kiçik avtomatı


Digərləri 24 Yan 2019 07:05:00 290 0

Dünyanın ən kiçik avtomatı

Silah istehsalı ilə məşğul olan "Sig Sauer" şirkəti MPX Copperhead adlı mini-avtomat təqdim edib.

Son.az oxu.az-a istinadən bildirir ki, avtomat silahın uzunluğu 37 santimetr, çəkisi iki kiloqram, patronun kalibri 9 millimetrdir.

Avtomat mülki və hərbi məqsədlər üçün nəzərdə tutulan versiyalarda istehsal olunur. Birinci variantda silah tapança kimi istifadə olunacaq. Hərbçilər və polislər üçün nəzərdə tutulmuş versiyada isə bir sıra əlavə funksiyalar olacaq. Bura səsboğucu, habelə atəş rejiminin dəyişdirilməsi daxildir.