O bizi xərçəngə aparır! 1,2 milyon qadının analizləri və təhlükəli nəticə


Digərləri 23 Yan 2019 23:51:00 281 0

O bizi xərçəngə aparır!  1,2 milyon qadının analizləri və təhlükəli nəticə

Hər gün 25-30 qr ət yeyən insanda gün ərzində bu məhsullardan 5 qr istifadə edənlərlə müqayisədə süd vəzi xərçəngi riski 9% artmış olur. Alimlər bu fikrə 1,2 milyon qadın üzərində apardıqları araşdırmanın nəticələrini analiz edərək gəliblər. 

Son.az medicina.az-a istinadən bildirir ki, şişin yaranma səbəbi emal olunmuş ətin tərkibində natrium nitrit (Е250) maddəsinin olmasıdır. Bu komponent  kolbasa, sosis, vetçina, turşular, hot-doq, konserv və ət souslarının tərkibində çox rast gəlinir. 

Bu maddə ət məmulatlarının tərkibinə dadını artırmaq və saxlanma müddətini uzatmaq üçün vurulur.