Sağlamlıq üçün beş ən faydalı şirə


Digərləri 23 Yan 2019 23:54:00 261 0

Sağlamlıq üçün beş ən faydalı şirə

Təzə sıxılmış şirələrin insan orqanizmi üçün faydası danılmazdır. Onların tərkibindəki bioloji fəal maddələr həmin an maddələr mübadiləsinə təsir edir.

Son.az AZƏRTAC-a istinadən sağlamlıq üçün beş ən faydalı şirənin siyahısını təqdim edir. Bu şirələrin faydası elmi tədqiqatlar nəticəsində alınan məlumatlarda öz təsdiqini tapıb.

Quşüzümü şirəsi. Amerika alimlərinin tədqiqatları göstərib ki, quşüzümünün tərkibində olan maddələr - oliqosaxaridlər bu şirəni "təbii antibiotik"ə çevirir. Şirənin digər komponenti olan proantosianidinlər onu sidik yollarının infeksiyadan qorunmasında çox faydalı edir.

Çuğundur şirəsi. Bu şirə ürək-damar sistemi üçün çox faydalıdır, təzyiqi aşağı salır. Çuğundur şirəsinin hipertoniyalı xəstələrdə təzyiqi normallaşdırmaq xüsusiyyəti dəfələrlə təsdiq edilib. Alimlər çuğundurun və ondan çəkilən şirənin bu keyfiyyətini onun tərkibindəki qeyri-orqanik nitratlar, həmçinin betalain antioksidantı ilə əlaqələndirirlər.