Alimlər Qalaktikanın mərkəzindəki qara dəliyi ölçdülər


Digərləri 23 Yan 2019 23:56:00 271 0

Alimlər Qalaktikanın mərkəzindəki qara dəliyi ölçdülər

Süd Yolu Qalaktikasının mərkəzindəki qara dəliyin görünən hissələrinin ölçüləri barədə ilk dəfə məlumat əldə edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərə bu işdə dünyanın ən güclü radio rəsədxanalarının ittifaqı yardım edib. Bu barədə "Astrophyiscal Journal" jurnalında geniş məqalə dərc edilib.

Alimlərin fikrinə əsasən, bütün qalaktikaların mərkəzində Günəşdən milyon və milyard dəfələrlə böyük qara dəliklər yerləşir. Bu qara dəlik materiyanı udur. Bir çox hallarda qara dəlik udduğu materiyanı işıq sürətinə yaxın hərəkətli plazmalar kimi geri qaytarır.