Ziyil və onun ötürülmə yolları


Digərləri 23 Yan 2019 23:22:00 309 0

Ziyil və onun ötürülmə yolları

Ziyil hər yaşda təsadüf edilə bilən virus dermatozuna aid xəstəlikdir. Virusun xəstə şəxsdən sağlam insana ötürülməsi üçün üç əsas şərt mövcuddur. Birinci şərt xəstədə virusun yoluxuculuq xüsusiyyətinin yüksək olmasıdır. İkincisi, sağlam insanın immun sisteminin zəifliyi onun yoluxmasına zəmin yaradır. Sonuncu səbəb isə dəri və selikli qişanın zədələnməsidir. Bu şərtlərdən hər hansı biri olmazsa, xəstəlik ötürülə bilməz.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.