Diabetin müalicəsi üçün gövdə hüceyrələri yaradılıb


Digərləri 23 Yan 2019 23:31:00 261 0

Diabetin müalicəsi üçün gövdə hüceyrələri yaradılıb

Hazırda diabetin gövdə hüceyrələri vasitəsilə müalicə texnologiyası elm tərəfindən ən perspektivli sayılır. Bu üsul gövdə hüceyrələrinin insulin ifraz edən mədəaltı vəzindəki beta-hüceyrələrin analoqu şəklini almasını nəzərdə tutur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sent-Luisdəki Vaşinqton Universitetindən olan alimlər orqanizmdə qlükozanın səviyyəsinin düşüb-qalxmasına daha həssas olan süni şəkildə yetişdirilən beta-hüceyrələrin analoqunun alınmasına imkan verən üsul icad ediblər.

İndiyədək gövdə hüceyrələrindən mədəaltı vəzinin beta-hüceyrələrinin yaradılması cəhdi alimlərin gözlədikləri nəticəni verməyib. Beta-hüceyrələrin analoqu əsl hüceyrələr kimi eynilə qanda qlükozanın miqdarının dəyişməsinə həssas reaksiyaya malik idilər. Tədqiqatçılar onları daha da həssas etməyin üsulunu anlayıblar.

Alimlər beta-hüceyrələrin istehsalı üçün istifadə edilən matrislərin gövdə hüceyrələri yetişdikcə artım amillərini dəyişiblər. Onlar eksperiment zamanı bu hüceyrələri üzərində sınaq aparılan diabetli siçanlara köçürdükdə, hüceyrələrin qlükoza səviyyəsinin dəyişməsinə daha həssas olmaları, sürətlə və tam uyğun şəkildə zəruri miqdarda insulin ayırmaları aşkarlanıb. Nəticədə yeni texnologiya üsulu ilə alınan hüceyrələrin köçürüldüyü siçanlar uzun müddət ərzində qanda qlükozanın arasıkəsilmədən toplanmasını qoruyub saxlayıblar.