Əllərdə olan döyənəklərdən və suluqlardan necə yaxa qurtarmaq olar?


Digərləri 23 Yan 2019 23:33:00 277 0

Əllərdə olan döyənəklərdən və suluqlardan necə yaxa qurtarmaq olar?

Əllərdə əmələ gələn döyənək əsasən dərinin nazik hissələrində yaranır. Çox yazı yazan və fiziki işlə məşğul olan şəxslərin əllərinin sürtünən hissələrində suluqlar əmələ gələrək, daha sonra döyənəyə çevrilir. Bu suluqlar ağrı verərək narahatlıq yaradır və əmək qabiliyyətini məhdudlaşdırır. 

Son.az medicina.az-a istinadən əllərdə əmələ gələn suluq və döyənəklərdən ev şəraitində qurtulmağın yollarını açıqlayır.

1) Ən yaxşı üsul döyənəyin üzərinə limon qabığı qoyaraq bağlayıb gecədən səhər qədər saxlamaqdır.  Ehtiyac varsa proseduru 1 həftə boyu etmək olar. 

2) 2 ç/q balı 1 ç/q sürtgəcdən keçirilmiş soğanla qarışdırın. Əmələ gələn qarşımı 2 saat boyunca suluğun üzərində saxlayın. 

3) Suluğun üzərinə kəsilmiş aloe yarpağı qoyun. Üzərini bağlayın ki, yarpaq qurumasın.