Yaşıllıqlar insanın ömrünü uzadır


Digərləri 23 Yan 2019 23:36:00 285 0

Yaşıllıqlar insanın ömrünü uzadır

ABŞ-dakı Dyuk Universitetinin və Çindəki Hersoq Kunşan Universitetinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, yaşıllıqlar insanın ömrünü uzada bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 14 il ərzində aparılmış müşahidələr yaşı 80 və daha çox olan 23.754 nəfər aid məlumatları əhatə edir. Tədqiqat iştirakçılarının 79,5 faizi kənd yerlərinin sakinləri olub.

Məlum olub ki, evdən 250 metr radiusda yaşıllıqların yüksək dərəcədə cəmləşdiyi regionlarda yaşayan ahıl adamlar arasında ölüm göstəricisi yaşıllıqların ən az olduğu zonalarda yaşayanlarla müqayisədə 27 faiz aşağıdır.

Barselonada 253 məktəblinin iştirakı ilə aparılmış tədqiqat göstərib ki, yaşıllıqlar uşağın beyninin inkişafına kömək edir. Yaşıllıqlar sayəsində uşaqların diqqəti və işçi yaddaşı da yaxşılaşır.