Parisdə təmir işləri zamanı XVII əsrə aid rəsm əsəri tapılıb


Digərləri 23 Yan 2019 23:18:00 238 0

Parisdə təmir işləri zamanı XVII əsrə aid rəsm əsəri tapılıb

Parisdə "Oscar de la Renta" mağazasının əsaslı təmiri zamanı XVII əsrə aid rəsm əsəri tapılıb.

Son.az report-a istinadən bildirir ki, işçilər divarlardan birinin arxasında yağlı boya ilə çəkilmiş incəsənət əsərini aşkar ediblər. Onun ölçüsü 3-6 metr təşkil edir.

İncəsənət tarixçisi Stefan Pint müəyyənləşdirib ki, rəsmi 1644-cü ildə doğulmuş rəssam Arno de Vues çəkib.