Katarakta və ya Mirvari suyu Səbəblər, simptomlar, müalicə


Digərləri 23 Yan 2019 22:58:00 290 0

Katarakta və ya Mirvari suyu  Səbəblər, simptomlar, müalicə

Son.az saglamolun.az-a istinadən cərrah oftalmoloq Nigar Kərimovanın yazısını təqdim edir.

El arasında "mirvari suyu" deyilən katarakta xəstəliyi gözün şəffaf billurunun bulanması nəticəsində yaranır.

Katarakta işıq şüasının gözə daxil olmasına maneəçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. Billur öz şəffaflığını qismən və ya bütövlükdə itirə bilər.

Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Bu düzgün təsəvvür deyil. Katarakta göz billurunun özündə əmələ gələn dəyişiklikdir.

Katarakta hər iki gözdə yarana bilər, lakin bir gözdən o birinə keçən xəstəlik deyil.

Kataraktanın yaranma səbəbləri müxtəlifdir:   

- Anadangəlmə kataraktanın yaranma səbəbi qohum nigahları, bətindaxili dövrdə keçrilmiş infeksiyalardır.

- Travmatik katarakta: travma və kontuziya nəticəsində yaranır.

- Digər xəstəliklər nəticəsində ikincili olaraq yaranan katarakta: şəkərli diabet, "uveit" adlandırılan gözdaxili iltihabi proses nəticəsində.

- Qocalıq kataraktası.

Kataraktanın simptomları

Qeyd etmək lazımdır ki, kataraktanın kiliniki simptomlarının inkişafı billur bulanıqlarının harada yerləşməsi ilə əlaqədardır. Əgər katarakta billurun kənar hissəsində (periferiyada) yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz.