Kokainin müsadirəsi həcminə görə Avropada lider


Digərləri 23 Yan 2019 22:34:00 226 0

Kokainin müsadirəsi həcminə görə Avropada lider

İspaniya Qalisiyada Avropada ilk nəqliyyat və paylayıcı kartellər yaranan vaxtdan durmadan artan kokainin ölkəyə gətirilməsinin qarşısını otuz il ərzində alıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, polis və statistika arxivlərində 1987-ci ildə rəsmi surətdə qeydə alınan narkotrafiki ifşa edən rəqəmlər saxlanılır. O vaxtdan 2018-ci ilə qədər kokainin müsadirəsi həcmi 5 min faiz artıb ki, bu da qonşu Avropa ölkələri ilə müqayisədə ən böyük göstəricidir.

İspaniya narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, həm də ictimai səhiyyə baxımından külli miqdarda vəsait xərcləyib. Əgər 1990-cı ildə İspaniya kokain istehlakçılarının sayına görə Aİ reytinqində sonuncu yeri tuturdusa, son on ildə Birləşmiş Krallıq ilə birlikdə bu siyahıya başçılıq edir. İspaniyanın hakimiyyət orqanları nə trafik, nə də istehlak baxımından artım meylinin qarşısını ala biliblər.