Sirli "X Planeti" haqqında alimlərdən YENİ AÇIQLAMA


Digərləri 23 Yan 2019 22:13:00 265 0

Sirli "X Planeti" haqqında alimlərdən YENİ AÇIQLAMA

Sirli "X Planeti barədə "Astronomical Journal" jurnalında yeni məqalə dərc edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərin qənaətinə görə, "X Planet"i qaz nəhəngi ola bilməz. Ehtimal edilir ki, bir çox koment və cırtdan planetdən ibarət halqa və ya bulud toplusudur.

2016-cı ilin yanvar ayında iki məşhur planetoloq Maykl Braun və Konstantin Batıqin bəyan etdilər ki, Günəş Sisteminin doqquzuncu planeti sayılan sirli "X Planet"inin yerini müəyyən ediblər. Məlum olub ki, planet Günəşdən 41 milyard kilometr uzaqda yerləşir və çəkisinə görə Yer planetindən 10 dəfə ağırdır.