Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır


Digərləri 23 Yan 2019 22:19:00 241 0

Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır

Dünyada bir sıra şəhərlərin idarəçiləri tıxacların sayını azaltmaq, ekologiyanı yaxşılaşdırmaq, mərkəzdə yaşayanlara sakit həyat təmin etməyə çalışırlar.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu məqsədlə müxtəlif şəhərlərdə müxtəlif üsullara əl atılır. Məsələn, bəzilərində köhnə buraxılış ili olan maşınlar mərkəzə buraxılmır, bəzilərində isə parkinq qiyməti artırılır, bəzilərində ictimai nəqliyyat növündən başqa digər avtomobillər şəhərə buraxılmır. Avtomobildən tam imtina etməyə hazırlaşan şəhərlərin siyahısını təqdim edirik.

Paris

2018-ci ilin tədqiqatları göstərdi ki, Paris Moskva və Londonla birlikdə ən çirkli havası olan Avropa şəhərləri siyahısında ilk üçlüyə daxil olub. Şəhər meri bu reytinqə reaksiya verdi və iki vacib qərar qəbul etdi. Bundan sonra 1997-ci ilə qədər istehsal edilən avtomobillər istirahət günləri şəhər mərkəzinə girə bilməz.

Hər ayın ilk bazar günü isə maşınsız gün keçirilir. Səhər saat 10-dan axşam saat 18:00-a qədər Parisin mərkəzinə bir çox avtomobilin girişi qadağan edilir. Mərkəzdəki rayonlarda yaşayan sakinlər üçün istisna edilib. Taksi və ictimai nəqliyyat 20 km/saat sürətlə hərəkət edə bilərlər.

Mexiko

Meksikanın paytaxtı ən çox çirklənmiş şəhərlərdən sayılır. Şəhər hökuməti ekologiyanı yaxşılaşdırmaq üçün müəyyən addımlar atıblar. 2008-ci ildən şənbə günləri avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

2017-ci ildə aparılan tədqiqat isə məlum etdi ki, bu addımla da ekologiyanı yaxşılaşdırmaq mümkün olmayıb. Məlum olub ki, insanlar öz avtomobillərindən imtina etsələr də, aktiv şəkildə taksi və karşerinqdən istifadə ediblər. Şəhər sakinləri üçünü avtomobildən imtina edib ictimai nəqliyyata minmək çox çətindir.

Kopenhagen


Xəbərə aid fotolar