Səudiyyə Ərəbistanında "Qırmızı dəniz" turizm layihəsinin ümumi planı təsdiq edilib


Dünya 23 Yan 2019 22:22:00 224 0

Səudiyyə Ərəbistanında "Qırmızı dəniz" turizm layihəsinin ümumi planı təsdiq edilib

Səudiyyə Ərəbistanında "Qırmızı dəniz" turizm layihəsinin ümumi planı üzrə direktorlar şurası dünyada ən ambisiyalı turizm layihələrindən biri olan Qırmız dənizin inkişafı layihəsini bəyənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "WATG" və "Buro Hapold" şirkətləri tərəfindən işlənib hazırlanmış Qırmız dənizin inkişafı layihəsinin planına kurort zonasının dizaynı daxildir. Layihə üzərində dünya şöhrətli konsaltinq və mühəndis ofisləri qrupu işləyib.

2022-ci ildə başa çatacaq birinci mərhələdə beş adada 3000 nömrəlik 14 dəbdəbəli otel, dağlarda və səhra rayonlarında iki kurort, habelə yaxtalar üçün yanalma körpüləri, istirahət və əyləncə yerləri, aeroport və infrastruktur obyektləri tikilməsi planlaşdırılır.