Xalq artisti gileyləndi: "Pensiyaya, arabir vaxt olanda isə divarlara da baxıram"


Kriminal 23 Yan 2019 22:25:00 455 0

Xalq artisti gileyləndi: "Pensiyaya, arabir vaxt olanda isə divarlara da baxıram"

Tanınmış aktyor, xalq artisti Valeh Kərimov işsizlikdən gileylənib.

Son.az xəbər verir ki, sənətkar "ölkə.az"-ın əməkdaşıyla söhbətində bildirib ki, həm teatrdan, həm də dərs keçdiyi universitetdən təqaüdə göndərilib:

"Hazırda evdə otrmuşam, pensiya işinə baxıram. Arabir vaxt olanda divarlara da baxıram. Məni həm Sumqayıt teatrından, həm də Mədəniyyət və İncəsənət Universitetindən təqaüdə göndərdilər. İşsizəm, çox darıxıram. İşsiz çox çətindir. Amma nə edək? Dözmək lazımdır. Filmlərə də çəkilmirəm".