Dünyanın ən seksual modeli bədənini formada saxlamaq üçün nə edir?


Digərləri 23 Yan 2019 21:54:00 247 0

Dünyanın ən seksual modeli bədənini formada saxlamaq üçün nə edir?

Dünyanın ən seksual modeli seçilən Emili Ratakovski ilk dəfə olaraq qüsursuz bədənini formada saxlamağın yollarından danışıb.

Son.az xəbər verir ki, çılpaq fotoları ilə instaqramda rekord qıran model özünəməxsus qidalanma sayəsində ideal qarın və ombalarını qoruyur. Parlaq dərisi isə onun metabolizminin yaxşı işləməsindən xəbər verir.

Emili Amerikanın "Elle" qadın jurnalına verdiyi müsahibədə səhərini qəhvə və kiçik kruassanla açmağa adət etdiyini deyib. Super model hesab edir ki, özünü desertdən məhdudlaşdırmağa dəyməz, şirniyyat üçün ən ideal vaxt səhərdir:

"Kruassan və kişmişi çox sevirəm. Odur ki, səhəri qara qəhvə və kökə ilə açıram. Çoxlu çipsi və konfet yeyən insanlardan deyiləm, ancaq səhər yeməyində şirniyyatı özümə icazə verirəm".


Xəbərə aid fotolar