SanMarinonu "Eurovision 2019"da türk müğənni təmsil edəcək


Digərləri 23 Yan 2019 21:45:00 222 0

SanMarinonu "Eurovision 2019"da türk müğənni təmsil edəcək

Bu il "Eurovision" mahnı müsabiqəsində San-Marinonu təmsil edəcək ifaçının adı açıqlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, "Je Madore" mahnısı ilə Avropa musiqi siyahılarında həftələrlə birinci sırada yer alan türk müğənni Serhat Hacıpaşalıoğludur. Artıq məşqlərə başlayan sənətçi mətbuat konfransı da keçirib. O, həm San-Marino, həm də Türkiyə üçün əlindən gələni edəcəyini deyib.