Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu


Şou-biznes 23 Yan 2019 21:48:00 235 0

Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu

Tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. Son.az unikal.org-a istinadən bildirir ki, o, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub.

Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının ayaqları tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli Osmanbəyli tərəfindən yenidən əməliyyat olunub.