Yaponiya Müdafiə Nazirliyi Okinavadakı ABŞ bazasının köçürülməsi planına dəyişiklik edəcək


Dünya 23 Yan 2019 21:27:00 319 0

Yaponiya Müdafiə Nazirliyi Okinavadakı ABŞ bazasının köçürülməsi planına dəyişiklik edəcək

Yaponiya Müdafiə Nazirliyi Okinavada yerləşən ABŞ-a məxsus hərbi bazanın yerinin dəyişdirilməsi ilə əlaqədar planına dəyişikliklər edəcəyini bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, buna əsas kimi həmin ərazidəki torpağın həddindən artıq yumşaq olması göstərilir.

Xatırladaq ki, Yaponiya hökuməti Qinivandakı ABŞ dəniz piyadalarına məxsus Futemma aviabazasını həmin prefekturadakı Naqo şəhərinin Haneko rayonuna köçürməyi planlaşdırır.

Ötən ay Müdafiə Nazirliyi həmin ərazidə torpaq tökmə işlərini bərpa edib. Lakin ərazinin qazma qurğuları vasitəsilə son təhlili buradakı torpağın həddindən artıq yumşaq olduğunu göstərib.

Məsləyə aydınlıq gətirən müdafiə naziri Takeşi İvaya bildirib ki, nazirlik nəticələr barədə son məlumatı aldıqdan sonra tikintinin davam etdirilməsi qaydaları barədə tədbirləri müəyyən edəcək. Ola bilər ki, bundan sonra nazirlik Okinava prefekturasına müraciət edərək yerdəyişmə barədə plana dəyişikliklər aparılmasını xahiş etsin.