Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə


Şou-biznes 23 Yan 2019 20:04:00 303 0

Ərəb şeyxinin qızına “yox” deyən azərbaycanlı modellə müsahibə

Bu gün özündə həddindən çox dəyişiklik edən modellərə tələbat daha çoxdur. Təbii görünüşə o qədər də dəyər verilmir.

Son.az bildirir ki, bu fikirləri Baku TV-yə müsahibəsində vaxtilə ərəb şeyxlərindən birinin qızından evlilik təklifi alan "Mister Azerbaijan 2017" müsabiqəsinin qalibi model Əli Hüseynov səsləndirib. 

"İnsanlar var ki, özlərini elə hala salıblar ki, baxan bu sahədən utanır. Şəxsən mən həmin insanları gördükdə özümdən utanıram. Onlara görə normal modellərin də səviyyəsi aşağı düşür. Hətta bəzi qadınlar da var, ümumiyyətlə, modellik adı ilə başqa sahələrlə məşğuldurlar".

Müsahibimiz bu sahədə heç bir iş görməyib özünü model kimi təqdim edənləri də tənqid edib. O bildirib ki, modellik təkcə görünüşdən ibarət deyil.