NATOnun Baş katibi Gürcüstana səfər edəcək


Dünya 23 Yan 2019 19:57:00 234 0

NATOnun Baş katibi Gürcüstana səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin martında Gürcüstana səfər edəcək.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Baş katib Gürcüstan Prezidenti Salome Zurabişvili ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş katib deyib ki, səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirə aparmaqdır: "Mən həmçinin NATO təlimlərinə də baş çəkəcəm. Bizim məqsədimiz tərəfdaşlığın daha da möhkəmləndirilməsidir".