Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib (FOTO)


Digərləri 23 Yan 2019 19:44:00 225 0

Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı hesabat yığıncağı keçirilib (FOTO)

Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

Bakı. Qobustan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən (RİH) Trend-ə verilən məlumata görə, hesabat yığıncağında Qaradağ RİH başçısı Süleyman Mikayılov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Qaradağ RİH başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəsinin müavini Osman Quliyev hesabat verərək qeyd edib ki, 2018-ci il Qobustan qəsəbəsi üçün olduqca uğurlu bir il olub. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.