İranın İraqla sərhəd bölgəsində neft yatağı kəşf edildi


Dünya 23 Yan 2019 19:34:00 224 0

İranın İraqla sərhəd bölgəsində neft yatağı kəşf edildi

İranın Abadan şəhəri yaxınlığında - İraq sərhədinə yaxın bölgədə neft yatağı kəşf edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

"Abadan yaxınlığında ilk dəfədir neftli laylara çata bildik", - deyən nazir yüngül neftin 3750 metr dərinlikdə aşkarlandığını diqqətə çatdırıb.