Ərdoğan: "TürkiyəRusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir"


Dünya 23 Yan 2019 19:21:00 231 0

Ərdoğan: "TürkiyəRusiya münasibətləri regional təhlükəsizliyə müsbət təsir göstərir"

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar.