Çin TƏƏCCÜBLƏNDİRİR:


Digərləri 23 Yan 2019 19:14:00 215 0

Çin TƏƏCCÜBLƏNDİRİR:

Çinli genetik He Jiankui-nin fəaliyyətini istintaq edən məmurlar onun təcrübəsində iştirak etmiş ikinci şəxsin olduğunu təsdiqləyiblər.

Son.az Technote-ə istinadən xəbər verir ki, təcrübədə iştirak etmiş ikinci qadın da hamilədir və onun övladının da DNT-ləri redaktə edilib. Bundan əlavə olaraq He Jiankui ilə bağlı qalmaqalın yeni təfərrüatları da məlum olub. Bu barədəHightech.plus saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, keçən ilin noyabr ayında çinli genetik He Jiankui dünyada illk dəfə DNT-ləri redaktə edilmiş uşaqların dünyaya gəlməsi xəbərini verərək elm dünyasını şoka salmışdı. Dünyaya gəlmiş əkiz qız uşaqlarının DNT-ləri elə şəkildə redaktə olunub ki, onlar QİŞS xəstəliyinə yoluxmasınlar. Bundan əlavə olaraq həmin vaxtda alim sözügedən təcrübədə iştirak etmiş ikinci şəxs barədə də məlumat vermişdi.

Bu xəbərdən sonra alimin əməkdaşları bu qeyri etik və riskli təcrübəyə görə alimi tənqid etmiş, Çin hökuməti isə bu mövzuda istintaqa start vermişdi. Beləliklə istintaqın ilk nəticələri təqdim edilib. İstintaqın nəticələrinə əsasən He Jiankui bilərəkdən yoxlamalardan boyun qaçırmış, sənədləri saxtalaşdırmış və təhlükəli texnologiyalardan istifadə edibmiş. Öz layihəsi üçün xarici mütəxəssisləri alim özəl şəkildə seçibmiş. 2016-cı ilin iyun ayında start götürmüş bu tədqiqatların xərclərini alim öz cibindən ödəyib. İstintaqı aparmış şəxslərin fikrincə alimin əsas məqsədi şöhrət qazanmaq olub.