Finlandiya Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb"


Siyasət 23 Yan 2019 18:24:00 245 0

Finlandiya Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində nikbinlik artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Finlandiya Prezidenti Sauli Niinistö azərbaycanlı deputat Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.

Finlandiya Prezidenti bildirib ki, Azərbaycan və Ermənistanın optimal maraqlarına cavab verən həll yolunun yaranacağına ümidlər var:

"ATƏT Minsk qrupuna gəldikdə, Finlandiya bu prosesi tam dəstəkləyir. Belə başa düşürəm ki, bu mərhələdə nikibinlik artıb və ya artmaqdadır".