“Yerevanla Moskva arasında ciddi problemlər var” CIAnın “kölgəsi”ndən


Dünya 23 Yan 2019 18:14:00 217 0

“Yerevanla Moskva arasında ciddi problemlər var”  CIAnın “kölgəsi”ndən

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx bağlılığı olan "Stratfor" analitik mərkəzi 2019-cu ildə Ermənistanla Rusiya arasında münasibətlərin gərgin qalacağını proqnoz verib.

Son.az modern.az-a istinadən xəbər verir ki, mərkəz Yerevanla Moskva arasında siyasi və iqtisadi sahədə ciddi fikir ayrılıqlarının olduğunu ehtimal edir.

"Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs olunması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun geri çağırılması Moskvanın ciddi narazılığına səbəb olub. Amma Yerevan və Moskva arasındakı siyasi problemlərə iqtisadi xarakterli problemlər də əlavə olunub"-deyə "Stratfor" yazır.