AzTVnin iki ölkədə bürosu bağlanır


Digərləri 23 Yan 2019 18:07:00 247 0

AzTVnin iki ölkədə bürosu bağlanır

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Son.az report-a istinadən xəbər verir ki, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib.

İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.