Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb


Digərləri 23 Yan 2019 17:57:00 214 0

Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.