Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi


Kriminal 23 Yan 2019 17:34:00 402 0

Rusiyada təyyarəni qaçırıb Azərbaycana gətirmək istədi

Surqut-Moskva reysi ilə uçan təyyarəni qaçıran şəxs stüardessanı yanına çağıraraq, laynerin marşrutunu Azərbaycana doğru dəyişməsini istəyib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın ntv.ru saytı məlumat yayıb. 

Bildirilib ki, Pavel Şapanov daha sonra fikrini dəyişərək, istiqamətin Əfqanıstana doğru dəyişməsini tələb edib.

Məlum olub ki, 41 yaşlı Şapanov Xantı-Mansi sakinidir, ailəli olub, daha sonra isə həyat yoldaşı onun spirtli içki qəbul etməsi və döyülmə səbəbindən ərindən boşanıb.