DİN narkotik alverçilərini saxlayıb


Digərləri 23 Yan 2019 17:33:00 239 0

DİN narkotik alverçilərini saxlayıb

Faktlarla bağlı araşdırmalar aparılır.

Bakı. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakinləri Ülvi Əliyev, Mehman Mərdanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Pənah Cəbiyev saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərdən narkotik vasitələr aşkar edilərək götürülüb. Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Qasımovdan da narkotik vasitə olan heroin götürülüb.