Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq


Digərləri 23 Yan 2019 16:39:00 214 0

Uşağın doğulmasına görə birdəfəlik müavinət avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial müavinətlərin elektron təyinatı sisteminin yaradılması işləri çərçivəsində ailələrə uşağın doğulmasına görə birdəflik müavinət təyinatının da bu il avtomatlaşdırılması nəzərdə tutulur.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hazırda Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərkibində qurulmaqda olan "Sosial müavinət" altsistemi qeyd olunan birdəfəlik müavinət növünün elektron qaydada təyin olunmasına imkan verəcək. Nəticədə isə uşağın doğulmasına görə birdəflik müavinətin alınması üçün vətəndaşların sənəd toplayaraq quruma müraciət etməsinə ehtiyac qalmayacaq.