Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...


Digərləri 23 Yan 2019 16:16:00 216 0

Müdafiə Nazirliyinin sabiq xidmət rəisini oğurladı, axırda isə...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə tələb etməkdə təqsirləndirilən Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror təqsirləndirilən şəxsin 12 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib. İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus" əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərov sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.