Ötən il uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub


Digərləri 23 Yan 2019 15:29:00 270 0

Ötən il uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.

ÜST ötən ildə 2-17 yaş arası bir milyarda yaxın uşağın fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qaldığını bildirir. Uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.