Türkiyədə 47 yaşlı azərbaycanlı qadın saxlanıldı


Kriminal 23 Yan 2019 14:48:00 298 0

Türkiyədə 47 yaşlı azərbaycanlı qadın saxlanıldı

Azərbaycanlı 47 yaşlı qadın Türkiyədə fahişəlik etdiyinə görə saxlanılıb.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Türkiyənin Karaman rayon polis əməkdaşları tərəfindən fahişəliyə qarşı aparılan əməliyyat zamanı 3 qadın (21 yaşlı Şevval Öykü G, 47 yaşlı Ülkər A və 54 yaşlı Yüksəl G) saxlanılıb.

Onlar rayonun Osmanqazi məhəlləsi 1052 ünvanında yerləşən yaşayış evində fahişəlik edirmişlər. Qadınlar sosial şəbəkələr vasitəsilə müştəri tapıb, qaldıqları mənzilə müəyyən pul müqabilində görüşürmüşlər.