"Həmin vaxt Kürdəmirin icra başçısı, polis rəisi də orada idi"


Digərləri 23 Yan 2019 14:37:27 265 0

"Həmin vaxt Kürdəmirin icra başçısı, polis rəisi də orada idi"

Mərhum sənətkar Məhəbbət Kazımov "Şou ATV"də anılıb.

Son.az xəbər verir ki, proqramda əməkdar artistin yaxın dostu Natiq Dağlaroğlunun mərhum sənətkar barədə etdiyi açıqlamalar böyük marağa səbəb olub.

N.Dağlaroğlu Məhəbbət Kazımovun heç vaxt kiməsə puluna, vəzifəsinə görə əyilmədiyini bildirib. Tanınmış toy aparıcısı illər öncə şahidi olduğu hadisəni efirdə xatırladıb:

"Məhəbbət müəllim sıradan bir insan deyildi. O, heç vaxt pula görə bu səhnədən durub, o stola getməyib. Bunu mən görmüşəm. Adla da deyə bilərəm! Kürdəmirdə saraylardan birində, orada rayonun başçısı olub, polis rəisi olub, prokuroru olub. Amma onların masasına yaxınlaşmayıb".