2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyarddan çox sərnişin daşıyıb


Digərləri 23 Yan 2019 14:22:00 216 0

2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyarddan çox sərnişin daşıyıb

2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyard 2,8 milyon nəfərə və ya 2017-ci illə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Azərbaycanda nəqliyyatçılar 2 milyard 2,8 milyon nəfərə və ya 2017-ci illə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər. Trend-in məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2018-ci ildə 13,7 milyon ton yük, 2 milyon 785,4 min sərnişin daşınıb, 2017-ci illə müqayisədə yük daşınmasında 5,7 faiz azalma, sərnişin daşınmasında isə 11,8 faiz artım müşahidə olunub. Dəniz nəqliyyatı ilə 2018-ci ildə daşınmış yüklərin həcmi 8 milyon 236,1 min ton təşkil edib və əvvəlki ilə nisbətən 1,3 faiz azalıb. 2018-ci il ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilə nisbətən 8,2 faiz azalaraq 15,7 min nəfər olub.