Azərbaycanda 1000-ə yaxın yeni peşə standartı hazırlanacaq


Digərləri 23 Yan 2019 14:27:00 210 0

Azərbaycanda 1000-ə yaxın yeni peşə standartı hazırlanacaq

Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb.

Bakı. İlhamə İsabalayeva - Avropa İttifaqı ilə birlikdə peşə standartlarının qanunvericilik bazasının hazırlanması istiqamətində işlər yekunlaşıb. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Həvva Haqverdili "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.