Xəyalə təhlükəyə düşdü: “Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox”


Şou-biznes 23 Yan 2019 14:12:00 239 0

Xəyalə təhlükəyə düşdü: “Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox”

Ötən gün “Taksi Liza” filminin təqdimatı baş tutub

Xəbər verdiyimiz kimi, ötən gün "Taksi Liza" filminin təqdimatı baş tutub.

Ekran işində baş rolu oynayan aktrisa Xəyalə Quliyeva axşam.az-a açıqlama verərək filmdə təhlükləli səhnələrdə oynadığını deyib:

"Filmimizdə Fərdanın sevgilisini canlandırıram. Təhlükəli məqamlar var idi. Hansı ki, kaskadyorlar orada Fərdanı əvəz etdi, amma məni yox. Maşınlar sürətlə gedirdi, tinlərdə iki təkər üstdə qalxırdı, içində isə özüm var idim".