Ötən il uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub


Digərləri 23 Yan 2019 14:11:00 228 0

Ötən il uşaq zorakılığı ilə bağlı qaynar xəttə 3581 müraciət daxil olub

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib.

Bakı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində uşaqlara qarşı şiddət və zorakılığın qarşısının alınması ilə bağlı dəyirmi masa keçirib. Trend-in məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və BMT agentliklərinin nümayəndələri iştirak edib.