Qazaxda dəmiryolunda relsləri kəsib oğurladılar


Digərləri 23 Yan 2019 14:03:00 237 0

Qazaxda dəmiryolunda relsləri kəsib oğurladılar

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.   

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, yanvarın 22-də Qazax rayonundakı Barxudalı dəmir yolu stansiyasının ərazisindən istismardan çıxarılmış 25 metr uzunluğunda relsi kəsən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.